
Bakıda "Sabah" və "Beşiktaş" arasında keçirilən xeyriyyə oyunu başa çatıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.
Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
"Sabah" – "Beşiktaş" 3:3
Qollar: Aleksey Kaşuk, 3, 5, Davit Volkov, 70 // Umut Meraş, 24, 44, Cenk Tosun, 63-pen.
Baş hakim: Tural Qurbanov
Köməkçi hakimlər: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: İnqilab Məmmədov
"Sabah": Yusif İmanov, Boyan Letiç, Amin Seyidov, Con İrasabal, 13. Abdulaye Ba, Aleksey İsayev, Kristian da Silva, Elvin Camalov (k), Aleksey Kaşuk, Coy Lens Mikels, Emmanuel Apeh.
Ehtiyat oyunçular: Nicat Mehbalıyev, Rüstəm Samiqullin, Namik Ələskərov, S Məmmədov, Camal Cəfərov, Anatoli Nuriyev, Ceyhun Nuriyev, İldar Ələkbərov, Kristian Sebalyos, Davit Volkov, Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Murad Musayev.
"Beşiktaş": Mert Günok, Valentin Rosier, Necip Uysal (k), Velinton, Umut Meraş, Berkay Vardar, Kerem Atakan Kesgin, Aleksandru Maksim, Onur Bulut, Cekson Muleka, Semih Kılıçsoy.
Ehtiyat oyunçular: Ersin Destanoğlu, Emre Bilgin, Salih Uçan, Cenk Tosun, Vensan Abubakar, Atiba Hatçinson, Amir Haciahmetoviç, Demir Ege, Jedson Fernandes, Tayfur Bingöl.
Baş məşqçi: Şenol Günəş.