"Sabah" və "Beşiktaş" rəhbərləri görüşdü, onlar da kənarda qalmadı

13 May 2023 13:40 Sabah 576
"Sabah" və "Beşiktaş" rəhbərləri görüşdü, onlar da kənarda qalmadı

Xəbər verdiyimiz kimi, bu gün "Sabah" və "Beşiktaş" arasında yoldaşlıq oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, matçdan əvvəl hər iki klubun rəhbərləri arasında görüş olub.

Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da iştirak ediblər. "Beşiktaş"ın vitse-prezidenti Engin Baltacı "Sabah"ın prezidenti Maqsud Adıgözəlova "qara qartallar"ın formasını hədiyyə edib.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Sabah" - "Beşiktaş" qarşılaşması saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti