"Sabah"ın legioneri "Beşiktaş"la matça çıxmayacaq

13 May 2023 09:20 Sabah 1 043
"Sabah"ın legioneri "Beşiktaş"la matça çıxmayacaq

"Sabah"ın bir futbolçusu "Beşiktaş"la keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Zurab Oçiqava bu görüşdə komandasına kömək edə bilməyəcək.

Ukraynalı arxa xətt oyunçusu zədəlidir. Digər futbolçular isə oynamağa hazırdır.

"Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!