Azərbaycanlı fanatların "Beşiktaş" sevgisi sərhəd tanımadı - MARAQLI VİDEO

13 May 2023 14:40 Sabah 580
Azərbaycanlı fanatların "Beşiktaş" sevgisi sərhəd tanımadı - MARAQLI VİDEO

“Beşiktaş” dünən Bakıya ayaq basdı.

“Sabah”la oyun üçün ölkəmizə gələn İstanbul nəhəngini Heydər Əliyev adına Hava Limanında çox sayda azarkeş qarşılayıb.

“Qara qartallar”ın atributlarına bürünən tərəfdarlar sevimli komandalarına isti münasibətlə diqqət çəkiblər.

Bu barədə “Beşiktaş” klubunun rəsmi hesabından maraqlı videorolik paylaşılıb.

Xoş görüntülərə izləyicilərdən də müsbət reaksiyalar gəlib:

“Sən gəl, biz Bakını ayağa qaldıraq deyəndə inanmadınızmı?”.

“Oyun günü 30 min azarkeş sizi tək buraxmyacaq”.

“İllərdi uzaqdan sevdik seni, indi isə yanımızdasan”.

“Kaşki bu günlər heç bitməsin”.

“Səni sevirik “Beşiktaş”.

“Səni yarada qurban olum. Səni nə gözəl yaratmış”.

“Çox yaşa “Beşiktaş”.

“Qara “BMW”miz”.

“Xoş gəldin iki gözümün çiçəyi”.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti