
“Sabah” mayın 13-də Türkiyə Super Liqa təmsilçisi “Beşiktaş”la yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov 25 minə yaxın biletin satıldığını bildirib.
Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Martın 26-da “Qalatasaray” da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.