“Sabah” - “Beşiktaş” oyununu kimlər idarə edəcək?

12 May 2023 13:20 Sabah 1 031
“Sabah” - “Beşiktaş” oyununu kimlər idarə edəcək?

“Sabah”la Türkiyənin “Beşiktaş” klubu arasında keçiriləcək xeyriyyə oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq yoldaşlıq görüşünü Tural Qurbanov idarə edəcək.

Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

“Sabah” - “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü