“Sabah”da ilk ayrılıq siqnalı: “Rəhbərliklə danışmışam”

11 May 2023 16:40 Sabah 4 396
“Sabah”da ilk ayrılıq siqnalı: “Rəhbərliklə danışmışam”

Ötən mövsüm “Qəbələ”nin aparıcı simalarından olan Nicat Mehbalıyev yaydan bu yana gününü ehtiyat oyunçular skamyasında keçirir.

Baş məşqçi Murad Musayevin gənc Yusif İmanova şans verməsinə görə, 22 yaşlı qolkiper skamyada oturub, vaxt gözləyir.

Ölkədə bacarıqlı yerli qapıçı qıtlığı yaşandığı anda Nicatın üzləşdiyi vəziyyət ürəyincə ola bilməz. Təbii ki, o da daha çox şans qazanmaqla Azərbaycan millisinin qapısını döymək istəyir.

Səbəbkar Sportinfo.az-a açıqlamasında yayda “Sabah”ı tərk edəcəyinə dair mesaj verib:

“Rəhbərliklə bu barədə danışığımız olub. Yəqin ki, mövsüm başa çatandan sonra bu barədə məlumat verilər.

“Sabah”la müqaviləmin müddəti 2024-cü ilin yayına qədərdir. Karyeramı hansısa formatda başqa klubda davam etdirmək istəyirəm”.

Həmin klubun “Qəbələ”, “Zirə”, “Neftçi”, yaxud “Qarabağ” olacağını deyə bilmərəm. Çünki, bu barədə qərar verilməyib, konkret ad yoxdur”.

Nicat Mehbalıyev cari mövsümdə ölkə kubokunda 2 oyunda 102, Premyer Liqada “Kəpəz”lə qarşılaşmada 90 dəqiqə şans qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!