
Millinin və «Sabah»ın yarımmüdafiəçisi Tellur Mütəllimov maraqlı addım atıb.
O, Xaçmazın kəndlərarası çempionatında meydana çıxıb.
Bu rayonun Qoçaqlı kəndindən olan futbolçu Nərəcanla qarşılaşmada forma geyinib.
Matç 9:0 hesabıyla Qocaqlının xeyrinə başa çatıb.
Mütəllimov istirahəti bitirən kimi «Sabah»ın düşərgəsinə dönəcəyini bildirərək, qarşı tərəfin oyunçularından ona qarşı ehtiyatlı oynamalarını xahiş edib.
Tellur qonşu kəndin komandasının qapısına 3 qol vurub.
SPORTİNFO.AZ