“Sabah”ın Emmanueli niyə Manolito oldu?

9 May 2023 23:00 Sabah 1 135
“Sabah”ın Emmanueli niyə Manolito oldu?

“Bu ləqəbi mənə İspaniyada veriblər. O vaxtdan bu yana hamı belə çağırır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Emmanuel Apeh deyib.

Nigeriyalı forvardın adı Emmanuel olsa da, nədənsə formasının arxasında Manolito yazılır. Ucaboy forvard mövsümün əvvəlindən bu yana yaşıl meydanlarda məhz bu adla top dalınca qaçır.

Apeh ləqəbin hansı məna verdiyini söyləyib:

“Uşaqlıqdan ləqəbim Manu olub. Bu da Emmanuelin qısaldılmış formasıdır. İspaniyada oynayanda isə Manunu Manolito etdilər.

Onların dilində bu, əzizləmə mənasını verir. Əsasən kiçik Emmanuel anlamındadır. Ləqəb xoşuma gəlir deyə, formamın arxasında məhz bu adı yazdırmışam”.

Cari mövsümün əvvəlindən “Sabah”ın formasını geyinən Apeh Premyer Liqada meydana çıxdığı 33 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

O, Azərbaycana gələnə qədər yalnız İspaniya klublarının şərəfini qoruyub – “Alkala”, “Lorka”, “Selta”, “Tenerife”, “Alkorkon”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti