Hakimlər Murad Musayevin qəsdinə durub? - VİDEO

8 May 2023 19:00 Sabah 555
Hakimlər Murad Musayevin qəsdinə durub? - VİDEO

«Murad Musayev Azərbaycana gələn ən yaxşı əcnəbi məşqçilərdən biridir».

Bu sözlər «Sabah»ın sabiq idman direktoru Emin Abbasova məxsusdur.

Hazırda ATV kanalında yayımlanan «Futbolumuz» verlişində ekspert kimi çıxış edən keçmiş funksioner Masazır klubunun rusiyalı çalışdırıcısının fəaliyyətini yüksək qiymətləndirib.

O, Musayevin tez-tez hakimlərlə problem yaşamasına da münasibət bildirib. Qeyd edib ki, «fit sahibləri» ona qırmızı vərəqə göstərməyi adət halına gətirib.

Bununla belə, Abbasov deyib ki, Musayev bir çox hallarda haqsız yerə bu cür münasibətlə üzləşir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!