Dünya ulduzu "Sabah" - "Beşiktaş" oyunu ilə bağlı çağırış etdi - FOTO

7 May 2023 21:20 Sabah 3 777
Dünya ulduzu "Sabah" - "Beşiktaş" oyunu ilə bağlı çağırış etdi - FOTO

Dünya ulduzu Maykl Essyen "Sabah" - "Beşiktaş" oyunu ilə bağlı çağırış edib.

Karyerası ərzində "Milan", "Real Madrid", "Çelsi" kimi dünya nəhənglərinin formasının geyinmiş veteran futbolçu bu barədə öz instagram hesabında post paylaşıb.

2019-cu il ölkəmizdə qısa müddət "Səbail"in şərəfin qorumuş qanalı legioner postunda izləyicilərinə bu sözlərlə səslənib:

"Türkiyədə baş verən zəlzələdə zərər çəkmiş insanlara vəsait toplamaq üçün Bakıda yoldaşlıq oyunu keçiriləcək. Zəhmət olmasa iştirak edin və dəstək olun".

"Sabah" - "Beşiktaş" arasında keçiriləcək yoxlama görüşü 13 may, 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş insanlara yardım üçün göndəriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti