Batmaq üzrə olan gəmiyə oxşayan bölgə klubunun narazılığına kapitandan REAKSİYA

7 May 2023 23:40 Sabah 1 384
Batmaq üzrə olan gəmiyə oxşayan bölgə klubunun narazılığına kapitandan REAKSİYA

"Şamaxı" mövsümdə növbəti məğlubiyyətini "Sabah"dan aldı.

"Şirlər" Bakı səfərindən minimal hesablı (0:1) məğlubiyyət ayrılmalı oldu.

Qarşılaşmadan sonra bölgə klubunun baş məşqçisi Vüqar Əsgərli maraqlı iddia ilə yadda qalıb. O, rəqib futbolçuları vaxtı uzatmaqda günahlandırıb.

Stat: "Murad Musayev hər dəfə mətbuat konfransında qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, yerə yıxılır, bu gün əksini gördük. Sevindirici deyil. Halbuki, əllərində bu cür möhtəşəm futbolçular var. Amma "Şamaxı" gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. "Sabah"ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma "Sabah"a gələcəkdə uğurlar arzu edirəm".

Sportinfo.az-ın sorğusuna cavab olaraq "Sabah"ın kapitanı Elvin Camalov rəqib çalışdırıcının iddalarına münasibət bildirib:

"Hər bir rəqibə hörmətlə yanaşıram. Rəqib məşqçinin fikirlərini müzakirə etmək istəməzdim.

Onu deyə bilərəm ki, adətən rəqiblər bizimlə oyunlarda bu cür hallara yol verirlər. Amma son matçda sırf hansı vaxt aparılmasından söhbət getdiyini bilmirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!