"Beşiktaş"ın prezidenti "Sportinfo"ya EKSKÜLZİV AÇIQLAMA VERDİ: "Gələcəyik"

26 Mart 2023 21:00 Sabah 1 903
"Beşiktaş"ın prezidenti "Sportinfo"ya EKSKÜLZİV AÇIQLAMA VERDİ: "Gələcəyik"

«Sabah»la yoldaşlıq matçı keçirəcəyik, buna əmin olun».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Beşiktaş»ın prezidenti Ahmet Nur Çebi deyib.

İstanbul klubunun başqanı Azərbaycan təmsilçisi ilə xeyriyyə qarşılaşmasının təşkilinin günəmdə qaldığını bildirib:

«Sabah»dakı həmkarlarımızla bu yöndə təmaslarımız davam edir. Böyük ehtimalla, matç apreldə baş tutacaq.

Azərbaycana gələcəyik. Amma ayın hansı günü - bu, hələ dəqiqləşməyib.

Yönəticilərimiz matçın tarixi ilə bağlı Şenol Günəşlə məsləhətləşir. Bilirsiz, Super Liqada qrafikimiz sıxdır.

Zəlzələyə görə Super Liqada təxirə salınmış matçlar var. Onları da nəzərə almalıyıq.

Qarşılaşmanın günü bilinən kimi bu barədə sizə məlumat veriləcək».

Digər Xəbərlər
Xəbər Lenti