"Qarabağ" - "Sabah" oyunundakı qırmızı vərəqənin GİZLİ DETALLARI

13 Sentyabr 2022 23:40 Sabah 1 974
"Qarabağ" - "Sabah" oyunundakı qırmızı vərəqənin GİZLİ DETALLARI

“Sabah” mövsümdə ilk məğlubiyyətini “Qarabağ”la oyunda aldı.

Komanda təkcə məğlubiyyət yaşamadı, həm də müdafiənin vacib fiqurlarından olan Abdulaye Banı itirdi.

O, 43-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovuldu.

Onun taleyini 90+3-cü dəqiqədə baş məşqçi Murad Musayev də yaşadı. Futbolçusundan fərqli olaraq əcnəbi mütəxəssisə birbaşa və yanlış qırmızı vərəqə göstərildi.

Çünki oyun içindəki bir neçə kobud səhvi ilə yadda qalan İnqilab Məmmədovun bu qərarı da anlaşılmaz olaraq qaldı.

Düzdü, Musayev aqressiv xarakterli biridir. Ötən mövsüm də bunun acısını yaşayıb.

Lakin həmin gün çalışdırıcı belə sərt qərara layiq olacaq hər hansısa addım atmadı. Hadisələr sonuncu qoldan öncəki səhv aut qərarı ilə bağlı yaranmış mübahisə zamanı yarandı.

Belə ki, yanlış aut qərarından sonra vurulan penaltinin ardından oyunçular, əsasən də Aleksey İsayev hakimə etiraz edirdilər.

Həmin anda Murad Musayev texniki zonanı tərk edərək öz oyunçularına hakimlə mübahisə etməməyi, geri qayıtmağı tapşırırdı.

Vəziyyət gərginləşməsin və oyunçular lazımsız vərəqə almasın deyə məşqçinin etdiyi bu müdaxiləyə yerində, anlaşılan və hətta alqışa layiq idi.

Hər halda onsuz da çox sayda zədəlisi olan çalışdırıcı bir də ardıcıl qırmızı vərəqələrlə qarşıdakı turlar daha da pis vəziyyətə düşmək istəmirdi.

Bəli, texniki zonanı tərk etdiyi üçün hakimin ona sarı vərəqə verməsini normal qarşılamaq olardı.

Amma hakimlərə qarşı heç bir etiraz bildirməyən, təhqir etməyən, sadəcə futbolçularına göstəriş verən baş məşqçi hansı əsasla qırmızı vərəqəyə layiq görüldü?

İndi gənc mütəxəssis minimum 2 oyun komandasına olmalı olduğu yerdən göstərişlərini verə bilməyəcək. İ

ddialı komanda üçün isə bu, heç də sıradan məsələ deyil. Ümumiyyətlə, hədəfləri yüksək olan komandalara hər xırda detal sonda ziyan gətirə bilər.

Ziyanın yarısından dönmək də xeyirdir. Ümid edək ki, İcraiyyə Komitəsinin qarşıdakı iclasında epizod yenidən dəyərləndiriləcək və Musayevin cəzası ləğv ediləcək. Elə ən ədalətli qərar bu olardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!