"Sabah" rəhbərliyinə "hə" deyən yarımmüdafiəçi bu klublardan birinə keçə bilər

26 İyun 2022 23:40 Sabah 978
"Sabah" rəhbərliyinə "hə" deyən yarımmüdafiəçi bu klublardan birinə keçə bilər

"Sabah" gənc futbolçusu Kamran Quliyevlə razılıq əldə edib.

Belə ki, rəhbərliyin icarəyə verilmək təklifinə neçə müddətdir "yox" deyən yarımmüdafiəçini qərarından daşındırmaq mümkün olub.

Amma o, getməsi daha real olan Latviya klubuna yox, yerli klublardan birinə icarəyə verilməsinə razılıq verib.

Hazırda bir neçə Premyer Liqa klubu ilə danışıqlar davam edir.

Böyük ehtimal 22 yaşlı futbolçu qarşıdakı mövsümü ya "Kəpəz"də, ya da "Turan Tovuz"da keçirəcək.

Kamran Quliyev son mövsüm "Sabah"ın heyətində forma şansı qazandığı 5 matçda 1 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti