Millinin hücumçusu "Sabah"a keçdi – SON DƏQİQƏ TRANSFERİ

9 İyun 2022 11:20 Sabah 1 964
Millinin hücumçusu "Sabah"a keçdi – SON DƏQİQƏ TRANSFERİ

Növbəti mövsüm daha iddialı heyət qurmağı planlaşdıran «Sabah» növbəti transfer əməliyyatını gerçəkləşdirib.

Masazır klubu «Sumqayıt»dan ayrılan Anatoli Nuriyevlə anlaşıb.

«Ağ-göylər» millinin hücumçusu ilə 1 illik müqavilə imzalayıb. İki ay öncə «Kolos»dan «Sumqayıt»a üz tutmuş Nuriyev «Sabah»la kontraktın müddətini daha 1 il uzada bilər.

Bu, Ukraynadakı müharibənin gedişindən/nəticələrindən asılıdır. Əgər Ukraynada savaş dayanarsa, çempionatın bərpa tarixindən asılı olaraq, o, geri qayıdacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM