Millinin müdafiəçisi Anton Krivotsyuk Azərbaycana qayıtmaqdan imtina edib.
Ötən ilin yayında “Neftçi”dən “Visla”ya keçən Ukrayna kökənli oyunçu “Səbail” və “Sabah”ın təklifini geri çevirib.
Təklif olunan müqavilə şərtlərini özü üçün keçərli saymayan yığmanın üzvü minimum daha 1 mövsüm Polşa klubunda qalmağı qətiləşirib.
Onun Plotsk təmsilçisi ilə müqaviləsinin başa çatmasına daha 2 il qaldığını bildirək. Anton bugünlərdə başa çatan mövsümün son bölümündə nadir hallarda şans qazanıb.
O, bu vaxtın çoxunu ehtiyat skamyada keçirib. Krivotsyuku bundan da çox narahat edən problem “Visla”nın maliyyə öhdəliklərini vaxtında yerinə yetirməməsidir. Polyaklar bəzən əməkhaqqıları 2-3 ya yubadır.
SPORTİNFO.AZ

