“Düzünü desəm, xəbərim yox idi, bunu ilk dəfə sizdən eşidirəm” – “Sabah”dakı legioner

6 İyun 2022 21:20 Sabah 1 121
“Düzünü desəm, xəbərim yox idi, bunu ilk dəfə sizdən eşidirəm” – “Sabah”dakı legioner

“Bakıda olanda Azərbaycan millisinin oyunlarını izləyirdim, nəticələrlə maraqlanırdım”.

“Sabah” əslən Bosniya və Hersoqovinadan olan, lakin Serbiya vətəndaşlığını daşıyan futbolçusu Boyan Letiç yığmamızın çıxışı ilə bağlı Sportinfo.az-a açıqlama verib.

UEFA Millətlər Liqasında ilk qarşılaşmada səfərdə Qazaxıstana məğlub olan millimiz (0:2) bu gün Belarusla oynayacaq. Lakin oyun rəqib meydanında yox, Serbiyanın Novi-Sad şəhərində baş tutacaq.

Letiçin Serbiyada yaşadığını nəzərə alsaq, matçı izləmək imkanı real görünür. Lakin o, bu imkandan məhrum olub.

“Düzünü desəm, Azərbaycan millisinin Novi-Sadda oynayacağını bilmirdim. Qarşılaşma Serbiya ilə olsaydı, bundan xəbər tutardım.

İstənilən halda, stadiona gedə bilməyəcəyəm. Artıq Serbiyanı tərk etmişəm”.

Belarus – Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti