«Təklif klub rəhbərliyindən gəldi, mən də qəbul etdim ».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un sabiq baş məşqçisi Rövşən Babayev deyib.
O, 1 illik fasilədən sonra «Sabah»a dönüb. Adı «Mingəçevir»lə yanaşı hallanan mütəxəssis Masazır klubunun akademiyasında çalışacaq.
Babayev 19 yaşlılardan ibarət komandada İqor Ponomaryovun köməkçisi postunu tutub:
«O, hazırda İsveçdədir. Mənə dedilər ki, iyunun 20-dən sonra geri qayıdacaq. Görəcəyimiz işləri bir yerdə oturub müzakirə edəcəyik.
Açığı, bir-iki başqa təklifim var idi, amma o qədər real görsənmirdi mənə. «Sabah»a qayıtmağıma çox sevindim.
Bura mənə doğma klubdur, tanış simalar çoxdur».

