“Sabah”da 1 ilik yeni imza - Yığmanın müdafiəçisi ilə

5 İyun 2022 12:40 Sabah 984
“Sabah”da 1 ilik yeni imza - Yığmanın müdafiəçisi ilə

“Sabah” Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.

“Sabah” buna qədər Boyan Letiç, Aleksey İsayev və Elvin Camalovla da müqaviləni yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM