“Sabah”ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponamoryova klubda yeni vəzifə tapşırılıb.
Daha doğrusu, o, məşqçilik karyerasını bərpa edib.
Masazır təmsilçisi 19 yaşlılardan ibarət komandanı veteran hücumçuya tapşırıb.
Ponamaryovun üzərinə götürdüyü öhdəlik də ciddidir. “Neftçi”nin yetirməsi “Sabah”ın gəncləri ilə Gənclər Liqasında çempion olmalı və ölkəmizi UEFA miqyaslı yarışda təmsil etməlidir.
SPORTİNFO.AZ

