"Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a açıqlama verib.
Bugünlərdə müqavilə müddətini yeniliyən oyunçu komandasının arxada qalan mövsümdəki çıxışını dəyərləndirib:
"Mövsümə istədiyimiz kimi başlamasaq da, sonra toparlanmağı bacardıq. Hər oyuna qələbə üçün çıxdıq, son tura kimi mübarizə apardıq.
Ancaq artıq bu mövsüm geridə qalıb. İndi tam olaraq növbəti mövsümə köklənmişik. İnanıram ki, növbəti mövsümdə hədəflərimizə çata biləcəyik".
XANOĞLAN

