Millinin yarımmüdafiəçisi Rəhim Sadıxov yeni klub seçimini edib.
«Sumqayıt»la müqaviləsi bitən pleymeker özünü «Sabah»ın rənglərinə bağlayıb.
Tellur Mütəllimovdan sonra adıçəkilən komandanın yolunu tutan ikinci «kimyaçı» olan «Torpedo»nun yetirməsi 2+1 illik kontrakt şərtlərini razılaşdırıb.
«Qarabağ»ın transferindən son anda imtina etdiyi, «Neftçi»də özünə perspektiv görməyən Rəhim «Sabah»da ilinə 180 min dollar civarında pul qazanacaq.
SPORTİNFO.AZ

