“Sabah” 180 min dollar ödəməyə hazırdır – Sabiq “Neftçi”liyə

2 İyun 2022 22:20 Sabah 2 611
“Sabah” 180 min dollar ödəməyə hazırdır – Sabiq “Neftçi”liyə

“Neftçi”nin sabiq müdafiəçisi Anton Krivotsyuka daha bir klub elçi düşüb.

“Səbail”lə yanaşı, “Sabah” da millinin üzvünə təklif irəli sürüb.

Gələn mövsüm Premyer Liqada medallar uğrunda mübarizə aparacaq Masazır təmsilçisi “Visla”dan ayrılması üçün ona 180 min dollar ödəməyə hazırdır.

Ötən ilin yayından etibarən Polşada legioner həyatı yaşayan Antonun Plotsk komandası ilə müqaviləsinin 2023-cü ilin iyununda bitəcəyini yada salaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti