Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının müdafiəçisi Höccət Haqverdi “Sabah”la danışıqlar aparır.
Son iki mövsümdə “Sumqayıt”ın formasını geyinən arxa xətt oyunçusu hazırda azad agent statusu daşıyır.
Cənubi azərbaycanlı Masazır klubunun şərtlərini qəbul eləsə, 2+1 illik kontrakta imza atacaq.
Sportinfo.az bununla bağlı yeni məlumat əldə edib. Redaksiyamıza verilən məlumata görə, Haqverdi Azərbaycanda hansı kluba keçsə, alacağı pulun bir hissəsini “Sumqayıt“ın hesabına köçürəcək.
Bu, onunla “kimyaçılar“ arasında bağlanmış müqavilədə də öz əksini tapıb.
Rəsmi sənədlərdə belə bir bənd var ki, Höccət başqa komanda ilə müqavilə bağlayarsa, 100 min dolları “gənclik şəhəri“ təmsilçisinə ödəməlidir.

