“Sabah” Türkiyə klubundan ayrılan futbolçu üçün hərəkətə keçdi

31 May 2022 21:00 Sabah 1 480
“Sabah” Türkiyə klubundan ayrılan futbolçu üçün hərəkətə keçdi

Vüsal İsgəndərli karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Cinah yarımmüdafiəçisi ötən mövsümün yarısını Türkiyədə keçirsə də, oyunu ilə diqqətləri üzərinə çəkə bilmədi. Daha doğrusu, aparıcı klublar ona maraq göstərmədi.

Özü xaricdə oynamaqda maraqlıdır. Agentlər vasitəsi ilə yeni iş yeri axtarışına çıxıb. Təkliflərin arasından maddi planda və mütəmadi oynamaq baxımından ən yaxşısını seçəcək.

Hələ ki, ürəyincə olan təklifi yoxdur. Maraqlananlar da “Ankara Keçiörengücü”nün günündə olanlardır, ondan o tərəfə deyil.

Vüsal növbəti dəfə legioner həyatı yaşaya bilməsə, karyerasını “Sabah”da davam etdirə bilər.

“Tələbələr” bəzi futbolçularla yollarını ayırandan sonra yenilərin xidmətində maraqlıdır ki, yerli statuslu İsgəndərli Murad Musayevə sərf edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti