Azərbaycan millisinin üzvü daha 2 il “Sabah”da

31 May 2022 19:20 Sabah 724
Azərbaycan millisinin üzvü daha 2 il “Sabah”da

“Sabah”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Elvin Camalovla yeni müqavilə imzalanıb.

27 yaşlı yarımmüdafiəçinin gələn ilin yayına qədər olan sözləşməsi daha bir il uzadılıb. Azərbaycan millisinin üzvü artıq 2024-cü ilin yayına qədər bakılılara məxsusdur.

Elvin 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, ötən mövsüm 29 oyunda iştirak edib.

Buna qədər Boyan Letiç və Aleksey İsayevlə də yeni müqavilə bağlayan “Sabah” “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM