Paytaxt təmsilçisi "Qəbələ" yetirməsi ilə bağlı qərarın verdi

30 May 2022 22:20 Sabah 1 012
Paytaxt təmsilçisi "Qəbələ" yetirməsi ilə bağlı qərarın verdi

"Sabah" müdafiəçisi İdris İnqilablının gələcəyi ilə bağlı qərarın qətiləşdirib.

Belə ki, 20 yaşlı futbolçu başqa kluba icarəyə veriləcək. Artıq bunun üçün Masazır təmsilçisinə müraciət edən Premyer Liqa klubları da var.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan oyunçu ötən ilin yayı "Sabah"a transfer edilib. O, aldığı ağır zədə səbəbindən arxada qalan mövsümü boşa verməli olmuşdu.

İdris İnqilablının paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti