Azərbaycan yığmasının futbolçusu ilə müqavilə bağladı

26 May 2022 11:20 Sabah 1 344
Azərbaycan yığmasının futbolçusu ilə müqavilə bağladı

“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayevlə yeni müqavilə imzalanıb.

26 yaşlı orta sahə oyunçusu 2023-cü ilin yayına qədər olan sözləşməsini daha 2 illik uzadıb. Azərbaycan millisinin üzvü artıq 2025-ci ilin mayına qədər “Sabah”a məxsusdur.

Futbolçu 2020-ci ilin iyulundan bu komandanın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyunda 7 qol vurub.

Yay fasiləsində “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib/

Hələlik Slavik Alxasov, Şpiro Periçiç və Xulio Sezar Rodrigeslə yollarını ayıran “Sabah” Boyan Letiçlə də yeni müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti