Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov "Sumqayıt" ilə yollarını rsmən ayırıb.
27 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.
Mütəllimov 2 ildən sonra "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmağın onun üçün çətin olduğunu bildirib:
"Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişəcək".
Tellur Mütəllimov 2020-ci ildən "Sumqayıt"da çıxış edib. O, cəzalı olduğu üçün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı matçlarında iştirak edə bilmir.
Vinger karyerasını "Sabah"da davam etdirəcək. Tellur Masazır təmsilçisi ilə 2 illik (1+1) müqavilə imzalayıb.
Yığmanın üzvü bundan sonra hər ay 10 min manat qazanacaq. "Sumqayıt"dan 2000 manat çox.
SPORTİNFO.AZ

