Azərbaycanda kluba isti suya görə xəbərdarlıq edildi

20 May 2022 16:00 Sabah 624
Azərbaycanda kluba isti suya görə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Amin Seydiyevi cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 24 yaşlı müdafiəçinin evdə evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçında qırmızı vərəqə alması səbəb olub. futbolçuların intizamsızlığı səbəb olub.

Rəqibi aşkar qol imkanından məhrum etdiyinə meydandan qovulan Azərbaycan millisinin üzvü 1 oyunluq diskvalifikasiya olunub, komandasını isə 200 manat ziyana salıb.

Bundan başqa, "Sabah"ın 5, "Sumqayıt"ın isə 7 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 800 manat cərimə ödyəcək.

Həmçinin, qarşılaşmada hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahiblərinə xəbərdarlıq edilib.

Bu turun "Şamaxı" - "Qəbələ" matçında isə "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti