"Sabah"ın hücumçusunun bu istəyi HAMINI TƏƏCCÜBLƏNLİRƏCƏK!

20 May 2022 11:20 Sabah 1 983
"Sabah"ın hücumçusunun bu istəyi HAMINI TƏƏCCÜBLƏNLİRƏCƏK!

"Sabah"ın legiuoneri Coy-Lens Mikels peşəkar karyerasını başa vurduqdan sonra yanğınsöndürən olmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Konqo əsilli almaniyalı hücumameylli yarımmüdafiəçi bu barədə İctimai TV-nin "Bol idman" verilişinə müsahibəsində deyib.

28 yaşlı oyunçu gələcəkdə özünü futbolda görmədiyini bildirib:

"Həmişə yanğınsöndürən işi ilə məşğul olmaq istəmişəm. Bilirəm, çox çətindir.

Amma özümü gələcəkdə ofisdə əyləşib, səhər saat 9:00-dan axşam saat 18:00-dək kompüterimdə yazı yazan yerdə təsəvvür etmirəm".

Coy-Lens Mikels ötən ilin iyulundan "Sabah"da çıxış edir. Hücumçu bu mövsüm vurduğu 11 qolla öz komandasının ən sərrast futbolçusu, Premyer Liqanın isə bombardirlərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti