Azərbaycan klubunun legioneri koronavirusa yoluxdu, Antalyaya getmədi

15 Yanvar 2022 13:40 Sabah 813
Azərbaycan klubunun legioneri koronavirusa yoluxdu, Antalyaya getmədi

"Sabah"ın legioneri Şpiro Periçiç Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında iştirak edə bilmir.

Sportinfo.az xəbər verir ki, buna 29 yaşlı xorvatiyalı müdafiəçinin ilin əvvəlində koronavirusa yoluxması səbəb olub.

Hazırda ölkəsində olan Periçiç karantin müddəti bitmədiyi üçün hazırlıq prosesinə qatılmır.

Murad Musayevin baş məşqçi olduğu komanda bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək. Paytaxt təmsilçisi Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək.

"Sabah" yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. Paytaxt təmsilçisinin hazırlıq prosesindəki sonuncu - üçüncü rəqibi hələlik dəqiqləşməyib.

Digər Xəbərlər
Xəbər Lenti