“Sabah” yığmanın hücumçusunu icarəyə verir

8 Yanvar 2022 21:20 Sabah 1 511
“Sabah” yığmanın hücumçusunu icarəyə verir

“Sabah” ötən ilin avqustunda sıralarına qatdığı İldar Ələkbərovun xidmətindən müvəqqəti imtina edib.

Masazır klubu 3 illik müqavilə imzaladığı 21 yaşlı hücumçunu icarəyə verməyi planlaşdırıb.

“Zenit” Futbol Akademiyasının yetirməsi olan Ələkbərov karyerası ərzində yalnız Rusiyada çıxış edib.

Azərbaycanın gənclər yığmasına da dəvət alan forvard “troqino” (Moskva) və “Nefteximik”də (Nijnekamsk) komandalarında forma heyinib.

“Sabah” İldarın xidmətini “Sumqayıt” və “Səbail”ə təklif edib.

“Ağ-göylər”in U-21 millisinin müdafiəçisi Arsen Ağcabəyovu da “Sumqayıt”ın sərəncamına göndərməyə hazırlaşdığını xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti