11 il əvvəl “Barselona”dan ayrıldı, “Sabah”dan yeni təklif aldı

8 Yanvar 2022 20:20 Sabah 1 996
11 il əvvəl “Barselona”dan ayrıldı, “Sabah”dan yeni təklif aldı

Ukrayna millisinin sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, tanınmış müdafiəçi “Sabah”ın maraq dairəsindədir.

Bakılılar hazırda Yunanıstanın Super Liqa klubu “İonikos”da çıxış edən 36 yaşlı arxa xətt oyunçusu ilə danışıq aparır.

Rəhbərlik “İonikos”un aparıcı üzvünün transfer təqdirində yerli gənclərin təcrübə toplamasına yardımçı olacağını düşünür. Yunanıstan klubunda müntəzəm matçlarda iştirak edən Çiqrinski həm də yaşının çoxluğuna baxmayaraq, yaxşı formadadır.

Əsas problem onun ötən ilin sentyabrında keçdiyi “İonikos”la yaya qədər müqaviləsinin davam etməsidir. Həmçinin futbolçu özü də məvacibdə razı salınmalıdır.

Donetsk “Şaxtyor”undakı çıxışı ilə tanınan Dmitri Çiqrinski 2009/10 mövsümündə “Barselona”nın formasını geyinib. Müdafiəçi 2007-2011-ci illərdə Ukrayna millisinin heyətində 29 matçda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti