Murad Musayevin "Sabah"ın baş məşqçi postundan ayrılması gözlənilmir.
Bu barədə Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Sitat: "Murad Musayev "Sabah"ın baş məşqçisidir. Sabah komandanı məşqə çıxardacaq".
Xatırladaq ki, rusiya mətbuatına istinadən bəzi yerli saytlarımız da "Sabah" klubunun baş məşqçisi Murad Musayevin komandadan ayrıla biləcəyini yazmışdı.
Xəbərdə 38 yaşlı mütəxəssisin Rusiyanın "Krasnodar" klubunu çalışdıracağı ehtimal olunmuşdu.
Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb.
Ötən ilin oktyabrından "tələbələr"ə başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

