Premyer Liqa klubu yığmanın müdafiəçisini icarəyə götürdü

3 Yanvar 2022 19:40 Sabah 1 840
Premyer Liqa klubu yığmanın müdafiəçisini icarəyə götürdü

«Sumqayıt» yeni futbolçu ilə güclənib.

«Kimyaçılar» gənclər yığmasının üzvü Arsen Ağcabəyovu icarəyə götürüb.

«Sabah» müqavilə ilə ona məxsus olan müdafiəçini mövsümün sonunadək «gənclik şəhəri» təmsilçisinin sərəncamınıa verib.

Sumqayıtlılar daha əvvəl 2 keçmiş futbolçusunu geri qaytarıb. Bunlar yarımmüdafiəçilər - Vüqar Bəybalayevlə Tural Bayramlıdır.

Onlarla sonradan müddəti uzadılmaq şərtilə 6 aylıq müqavilə şərtləri razılaşdırılıb.

Bəybalayev son olaraq Gürcüstanda legioner həyatı yaşayıb. Ötən mövsümün gedişində qonşu ölkəyə yollanan Vüqar «Telavi»də cəmi 3 ay duruş gətirə bilib. 7 ay idi ki, klubsuz idi.

Yayda Yunanıstanın 1-ci divizion təmsilçisi olan "Pierikos"la müqavilə imzalayan Tural Bayramlının da legioner həyatı erkən başa çatıb. Yarımmüdafiəçinin burada qalmaq istəməməsi maliyyə şərtləri ilə əlaqədardır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti