Saşa Stamenkoviçin komandadan ayrılmasından sonra Səlahət Ağayev və Rüstəm Samiqullinin ümidinə qalan "Sabah"ın Nicat Mehbalıyevi "Qəbələ"dən geri çağıracağı ehtimal edilirdi.
Amma baş məşqçi Murad Musayev fərqli düşünür. Belə ki, gənc çalışdırıcı daim U-21 millisinə dəvət alan Rüstəm Samiqullin və əvəzedici komandada son zamanlar özünü yaxşı tərəfdən göstərən Yusif İmanovun heç də Nicatdan zəif olmaması qənaətindədir.
Əgər növbəti qapıçı alınacaqsa, bu, böyük ehtimal əcnəbi qolkiper olacaq. Yox, bu da alınmasa, ehtiyac yarandığı halda adını çəkdiyimiz qapıçılara şans veriləcək.
Xatırladaq ki, "Sabah"a məxsus Nicat Mehbalıyev mövsümün əvvəli 1 illik "Qəbələ"yə icarəyə verilib. Gənc çərçivə qoruyucusu da arxada qalan 14 turda adından söz etdirməyi bacararaq, bölgə klubunun "bir nömrəsi"nə çevrilib.
SPORTİNFO.AZ

