Klub rəhbərliyi baş məşqçiyə nə “hə” deyir, nə də “yox”

29 Dekabr 2021 21:20 Sabah 1 094
Klub rəhbərliyi baş məşqçiyə nə “hə” deyir, nə də “yox”

Premyer Liqanın digər klublarından fərqli olaraq, “Səbail”in qış hazırlıq planlarına hələ aydınlıq gəlməyib.

Bu barədə Sportinfo.az-a baş məşqçi Aftandil Hacıyev bildirib.

Gənc mütəxəssisin sözlərinə görə, o, öz planını rəhbərliyə təqdim edib, sadəcə, fəaliyyət proqramı təsdiqlənməyib:

“Mən komandanın yanvarın ilk həftəsində yığışmasını istəmişəm. Təlim-məşq toplanışını harada keçirmək istədiyimizi də orada qeyd etmişəm.

Türkiyəyə yollanmaq variantı həmişə var. Komandanı gücləndirmək üçün hansı addımları atmalı olduğumuzu da göstərmişəm.

Rəhbərlik fikirlərimlə tanışdır, indi cavab gözləyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti