Premyer Liqanın son turlarında “Sabah”ın heyətindəki parlaq çıxışı ilə diqqətləri üzərinə çəkən Coy-Lens Mikels qış fasiləsindən maksimum yararlanmaq niyyətindədir.
Lakin hər nə qədər qəribə görünsə də, almaniyalı hücumçu hələ də bayramları harda və kimlərlə keçirəcəyini müəyyənləşdirməyib:
“İnanırsız, hələ də özümə bu sualı verməmişəm. Yadıma saldığınız üçün sizə təşəkkür edirəm.
Təbii ki, xoş günlərdə doğmalarımın, ən çox sevdiklərimin yanında olacam. Dəqiq bilmirəm, Almaniyada, ya da Niderlandda”.
Coy-Lens Mikels Azərbaycan Premyer Liqasının ilk yarısında “Sabah”ın formasında meydana çıxdığı 12 oyunda rəqib qapılarından 6 top keçirməklə komandasının ən sərrast futbolçusudur.
HƏBİB / Sportinfo.az

