Musayev “Barselona”nın yetirməsinin xidmətindən narazıdır?

27 Dekabr 2021 22:20 Sabah 3 783
Musayev “Barselona”nın yetirməsinin xidmətindən narazıdır?

“Sabah”da gözlənilməz ayrılıq yaşana bilər. Murad Musayev yayda böyük ümidlərlə tramsfer olunan

Kristian Sebalyosun xidmətində maraqlı deyil.

Yeni baş məşqçi klubdaxili müzakirələr zamanı ispaniyalı yarımmüdafiəçinın gələcək planlarında yer almadığını dilə gətirib. Rusiyalı çalışdırıcı onun komandaya can yandırmadığı, özünü qoruduğu qənaətindədir.

“Sabah” cari mövsüm rənglərinə bağladığı Kristian Sebalyosla 3 illik müqavilə bağlayıb.

28 yaşlı oyunçu “Barselona” Futbol Akademiyasının yetirməsidir. Karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/2016), Portuqaliyanın “Aroka” (2013/2014), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qətər” (2020/21) klublarında çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti