"Sabah"ın ispaniyalı yarımmüdafiəçisi Xuan Kamara Sportinfo.az-a açıqlama verib.
O, "Səbail"lə qarşılaşmadakı inamlı qələbəni (0-3) belə şərh edib: "Çətin oyun oldu. Bütün komanda 3 xal qazanmaq üçün 100 faiz bu oyuna kökləndi və nəticədə layiq olduğumuz 3 xalı qazandıq.
İlin son oyununu qələbə ilə başa vurduğumuza görə çox şadam".
Sabiq "Barselona"lı futbolçu böyük ümidlərlə Masazır təmsilçisinə transfer edilmişdi. İlk vaxtlar ümidləri o qədər də doğrultmayan əcnəbi oyunçu son oyunlar aktivliyi ilə seçilir.
32 yaşlı oyunçu ilk vaxtar uğursuz olmasını zədəsi ilə əsaslandırıb: "Belimdə olan zədə sağaldıqdan sonra indi özümü daha yaxşı hiss edirəm. Artıq fiziki formamı böyük ölçüdə bərpa etmişəm və komandama daha çox kömək edə bilirəm".

