"Sabah"ın heyətini sayanda, adları bir-bir eşidəndə, düşünürsən ki, bu futbolçularla ən azı rahat ilk üçlükdəsən.
Amma həmin adları incələməyə gələndə adamın o sözləri deyən dili "qurumaq istəyir".
Məsələn, götürək Xulio Rodrigesi. Paraqvaylı legioner böyük ümidlərlə komandaya transfer edilib. Ki, qolları sıralasın, komandanı arxasınca aparsın.
Amma arxada qalan 13 turda "Sabah" onun qolları cəhənnəm, özünü tapmaqda çarəsizdir. Gah zədə alıb uzun müddət müalicə alır, gah da zədədən qayıdıb qırmızı vərəqə ilə bir neçə oyunluq istirahətə gedir.
Forvardın atatistikası bütün "Sabah"lılar üçün gözdağıdır - 13 turda cəmi 4 oyuna çıxıb. Onda da 1 qırmızı vərəqə ilə yadda qalmağı bacarıb.
Bilmirsən ki, Masazır təmsilçisini bunun üçün peşəkar klubdur, yoxsa qocalar evi.
Hər ay vaxtı-vaxtında pulunu alır, amma vaxtı-vaxtında nə qolu var, nə də özü. Baş məşqçi Murad Musayevin fasilədə ilk işi belə simaları komandadan kənarlaşdırmaq və daha sanballı, ambisiyalı adlarla güclənmək olmalıdır.
Əks halda 90 dəqiqə bir yanında Şakir Seyidov oturacaq, digər yanında da Spiro Periçiç. Bir işə yarımayan paraqvaylı da öz kefində...
Xanoğlan İmanov

