"Sabah"ın müdafiəçisi: "Qarabağ"la mübarizə aparmaq..."

6 Dekabr 2021 19:40 Sabah 567
"Sabah"ın müdafiəçisi: "Qarabağ"la mübarizə aparmaq..."

"Sabah"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalizadə Sportinfo az-a açıqlama verib.

O, Premyer Liqanın 13-cü turu çərçivəsində "Qarabağ"a məğlub olduqları (1-5) oyun haqqında danışıb:

"Qarabağ"la mübarizə aparmaq hər bir komanda üçün çətindir.

Əslində, oyuna yaxşı başlamışdıq. Amma sonradan fərdi səhvlər nəticəsində qollar buraxdıq və sonda məğlub olduq".

"Sabah"ın matçdakı yeganə qolunu məhz Bəxtiyar "Qarabağ"ın qapısından keçirib.

Milli komandamızın da üzvü olan təcrübəli oyunçunun vurduğu qola münasibəti isə belə olub:

"Təbii ki, qol vurmaq hər bir halda xoşdur. Ancaq komandanın nəticəsinə fayda vermədikdə, bir az üzücü olur. Növbəti oyunlara kimi toparlanmaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti