Darmadağında da bir fayda var – Musayevin “Sabah”ı üçün

6 Dekabr 2021 17:00 Sabah 613
Darmadağında da bir fayda var – Musayevin “Sabah”ı üçün

"Sabah"ın "Qarabağ"a məğlubiyyəti gözlənilən idi. Amma belə də yox.

Haqqlı olaraq son 5 oyunda uduzmayan, Murad Musayevin gəlişindən sonra hətta son çempionu səfərdə məğlub (1-2) edən komandadan "Qarabağ"a qarşı layiqli mübarizə gözlənilirdi.

Son illər ölkə futbolulunun hegemonluğunu ələ alan "ağdamlılar"a qarşı, rusiyalı mütəxəssisin nə təklif edəcəyi maraqla gözlənilirdi.

Amma "Sabah"ın ifasında gözlənilən və ya gözlənilməyən ciddi nəsə görə bilmədik.

Bunun nəticəsində "Qarabağ" son dönəmlərin ən rahat qələbəsini darmadağınla qazanmış oldu.

Amma qış fasiləsi öncəsi belə məğlubiyyəti Murad Musayev üçün faydalı saymaq olar. O, belə məğlubiyyətin sayəsində komandada olan boşluqları əyani görmüş oldu.

Mətbuat konfransında Spira Periçiçin ehtiyatda qalmasına "son 3 oyunda qələbə gətirən heyəti dəyişmək istəmədim" deyən mütəxəssis, yəqin ki, heyətdə dəyişiklik edilməli olduğuna indi tam əmin oldu.

Həm də bu, bütün zonalara aiddir. Buraxılan qollar müdafiənin ən çox güclənməyə ehtiyacı olan mövqe zərurətini yaratdı. Oçiqava ümumiyyətlə, mərkəz müdafiəçisi kimi yararlı deyil. Cinahlarda passivlik, hücumda çoxala bilməmək qışda güclənməyi vacib edən əsas amillərdi.

5-1 məğlub olan komandanın ehtiyatında oyunu gücləndirməyə yalnız Periçiçin olması bütün sualların cavabıdır.

Bəli, zədəli futbolçular var. Amma arxada qalan müddət göstərdi ki, Xulio Rodriges, Kristian Sebalyos kimi simalar ciddi hədəflər üçün yararlı deyillər. Pis futbolçulardı demirəm, amma stabil deyillər. Bu gün varsa, 5 gün olmayacaqlar. Onda da komandanın hayı gedir, vayı qalır.

Qışda sonra nəyin qalacağına isə Murad Musayevin dəyişikliyə və göstərəcəyi nəticələrə uyğun qərar vermək olar. Rusiyalının isə düzəlməyə və düzəltməyə hələ çox vaxtı var.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi