Azərbaycanda işə başlayan rusiyalıdan QADAĞA!

3 Dekabr 2021 19:00 Sabah 1 667
Azərbaycanda işə başlayan rusiyalıdan QADAĞA!

Ardıcıl 5 oyundur məğlubiyyət nə olduğunu bilməyən "Sabah"ı sabah ağır sınaq gözləyir. Budəfəki rəqib lider "Qarabağ"dır.

Ötən tur Qəbələdə xal itirən (0-0) Qurban Qurbanovun yetirmələrini, bu görüşdə yalnız qələbə qane edir.

Komanda ardıcıl ikinci matçda da xal itirməyi ağlından belə keçirmir. Bu, çempionluq yolunda ciddi zərbə ola bilər.

Masazır təmsilçisi də qarşılaşmaya elə-belə hazırlaşmır.

Rusiyalı Murad Musayevin gəlişindən sonra "dirilən" komanda rəqib tanımır. Əcnəbi mütəxəssis komandasını meydana çıxardığı 3 görüşdə məğlubiyyət nə olduğunu bilmir. Bu qarşılaşmalardan biri heç-heçə ilə başa çatıbsa, digər iki görüşdə "Sabah" qalib gələn tərəf olub.

Musayev "Qarabağ" kimi rəqiblə oyunda da uğurlu seriyanı davam etdirməkdə israrlıdır.

Hər halda belə oyun öncəsi komanda üzvlərinə mətbuata danışmaq qadağasının qoyulması, onun vitse-çempionla matça nə qədər önəm verməsi əyani göstərir.

Qərarın necə effekt verəcəyini isə sabahkı 90 dəqiqənin sonunda biləcəyik.

Xatırladaq ki, "Qarabağ" - "Sabah" oyunu sabah 18:15-də start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti