Sabiq “Zirə”li Premyer Liqa klubunun baş məşqçi postuna gətirilir?

21 Oktyabr 2021 18:00 Sabah 1 847
Sabiq “Zirə”li Premyer Liqa klubunun baş məşqçi postuna gətirilir?

Bilindiyi kimi, “Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

Bu barədə Bakı klubu bir qədər öncə məlumat yayıb.

Bildirilib ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi 7 oyunda cəmi 1 xal toplayıb.

Sükan arxasına gətiriləcək yeni çalışdırıcının kimliyinə ən qısa zamanda aydınlıq gəlməlidir. Hazırda bir neçə namizədin adı çəkilir.

Redaksiyamıza daxil olan məlumata görə, “Turan Tovuz”un Futbol Akademiyasının baş koordinatoru Adil Şükürov bu posta iddialıdır.

Ötən mövsümdən etibarən I Divizion klubunda çalıışan mütəxəssis iş yerini dəyişməyə hazırlaşması barədə “Turan” rəhbərliyinə xəbərdarlıq edib.

Şükürov 2015-2016-cı illərdə “Zirə”ni çalışdırıb. Daha sonra aşağı dəstədə mübarizə aparan “Şüvəlan”da işləyib. O, illər öncə 17 yaşlılardan ibarət yığmada fəaliyyət göstərməyə də imkan tapıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda