"Hazırda tam olaraq "Neftçi" ilə oyuna köklənmişik" - "Sabah"dan

21 Sentyabr 2021 22:20 Sabah 594
"Hazırda tam olaraq "Neftçi" ilə oyuna köklənmişik" -

"Maraqlı oyun alındı. İkinci hissədə gözlənilməz qol buraxdıq. Bundan sonra komanda toparlanaraq hesabı bərabərləşdirməyi bacardı. Ancaq təəssüf ki, qələbə qazana bilmədik".

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 4-cü turunda "Zirə" ilə baş tutan oyunda mövsümdə ilk xalını qazanan "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov deyib

Təcrübəli futbolçu "Zirə" ilə oyunda vurulan ilk qolun və qazanılan ilk xalın komandadakı ab-havaya müsbət təsir etməsi qənaətindədir: "İlk 3 turda məğlub olsaq da, bu oyunların hər birində komanda yaxşı təsir bağışlamışdı. Deyərdim ki, bu oyunlarda üstünlük bizim tərəfimizdə idi. Son matçda 3 xal qazana bilməsək belə, ilk qolumuzu vurmağımız və ilk xalımızı qazanmağımız yaxşı oldu. Lakin istənilən halda komandamızda özünəinam var. Komanda daxili əhval ruhiyyə yaxşıdı. İnanıram ki, tezliklə müsbət nəticələr özünü göstərəcək".

Camalov qarşıdakı tur qarşılaşacaqları "Neftçi" ilə oyundan müsbət nəticə ilə ayrılacaqlarını inandığını bildirib: "Çətin oyun olacaq. Rəqib son ölkə çempionudu. Lakin bizim də yaxşı komandamız var. Hazırda tam olaraq bu oyuna köklənmişik. İnanıram ki, bu matçdan müsbət nəticə ilə ayrılacağıq".

Digər Xəbərlər
Xəbər Lenti