“Sabah”ın üstünlüyü

11 Sentyabr 2021 14:20 Sabah 385
“Sabah”ın üstünlüyü

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, “Sabah” milli komandanın oyunlarıyla bağlı çempionatda yaranmış fasilədən sonra ilk matçını evdə “Qəbələ”yə qarşı keçirəcək.

Bu görüş komandalar arasında Premyer Liqada sayca 12-ci olacaq. “Sabah” və “Qəbələ” arasında ilk oyun 2018-ci il sentyabrın 16-da baş tutub.

“Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin minimalhesablı qələbəsilə nəticələnib. Bu komandalar arasında bu günə kimi keçirilmiş oyunlardan 5-də“Sabah”, 4-də “Qəbələ” qalib gəlib, 2 görüş isə heç-heçə başa çatıb.

Masazırda keçirilmiş oyunlarda “Sabah”ın üstünlüyü var. Belə ki, “Bank Respublika Arena”da bu günə kimi keçirilmiş 6 oyunun 4-də “Sabah”, 2-də isə “Qəbələ” qalib gəlib (top fərqi 8-4).

“Sabah” – “Qəbələ” oyunu sentyabrın 11-də saat 18:00-da başlayacaq. Matç “Bank Respublika Arena”da baş tutacaq.

Azərbaycan Premyer Liqasında “Qəbələ”yə qarşı keçirdiyimiz bütün oyunlar:

2018/19 mövsümü

16.09.2018 Sabah – Qəbələ 1:0
04.11.2018 Qəbələ – Sabah 2:1
09.02.2019 Sabah – Qəbələ 0:1
01.04.2019 Qəbələ – Sabah 0:0

2019/20 mövsümü

14.09.2019 Sabah – Qəbələ 0:1
03.11.2019 Qəbələ – Sabah 1:2
07.02.2020 Sabah – Qəbələ 3:2

2020/21 mövsümü

13.09.2020 Sabah – Qəbələ 3:0
31.10.2020 Qəbələ – Sabah 2:1
04.04.2021 Sabah – Qəbələ 1:0
14.05.2021 Qəbələ – Sabah 2:2

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!