“Barselona“nın yetirməsi “Sabah”da özünü göstərdi - FOTOLAR

5 Sentyabr 2021 11:00 Sabah 1 002
“Barselona“nın yetirməsi “Sabah”da özünü göstərdi - FOTOLAR

“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi “Sumqayıt”la qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən matç birincilərin minimalhesablı qələbəsi ilə nəticələnib. Matçda yeganə qola 60-cı dəqiqədə penaltidən yeni transfer - “Barselona“nın yetirməsi Kristian Sebalyos imza atıb.

Baş məşqçi Ramin Quliyev oyunda aşağıdakı start heyətə güvənib: Saşa Stamenkoviç, Slavik Alxasov, Bəxtiyar Həsənalızadə, Şpiro Periçiç, İdris İnqilablı, Elvin Camalov, Aleksey İsayev, Kristian Sebalyos, Xuan Kamara, Coy-Lens Mikels, Mixeil Erqemlidze.

“Sabah” Premyer Liqanın III turunda evdə “Qəbələ” ilə qarşılaşacaq. Matç sentyabrın 11-də, saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda